BAKI, TurkicWorld, Nailə Babazadə
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz azalaraq, 11 milyon 524 min 498 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 6 milyon 928 min 65 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq, 3 milyard 543 milyon 949 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 6 milyard 604 milyon 498 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 42 milyard 150 milyon 101 min dollar məbləğində avtomobil ixrac edib.







