Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin İrana mebel ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən İrana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 41 milyon 273 min 83 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında İrana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq, 22 milyon 617 min 17 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 600 milyon 112 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 7 milyard 933 milyon 597 min dollar məbləğində mebel ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər