Son dəqiqə

Rusiya Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi dəri məhsulları Türkiyənin ixracatı Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Rusiya ilə dəri ticarəti canlanır: İxracda 34,2 faiz artım (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz artaraq, 12 milyon 477 min 87 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,5 faiz artaraq, 8 milyon 320 min 64 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz azalaraq, 234 milyon 114 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 1 milyard 420 milyon 561 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 420 milyon 561 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər