Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin elektrik avadanlıqları ixracı 14 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 14 milyard 529 milyon 212 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 927 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 17 milyard 454 milyon 56 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Mövzuya görə xəbərlər