BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 132 milyon 97 min 94 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq, 15 milyon 440 min 26 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 479 milyon 757 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 17 milyard 483 milyon 313 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.







