Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Fransaya hazır geyim ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Fransaya hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 679 milyon 665 min 3 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-ci ilin sentyabr ayında Fransaya hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 65 milyon 892 min 94 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 12 milyard 712 milyon 390 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1 milyard 490 milyon 561 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 17 milyard 29 milyon 444 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər