Son dəqiqə

Azərbaycan Mikayıl Cabbarov Küveyt

Azərbaycan və Küveyt arasında ticarət-investisiya əməkdaşlığının perspektivləri müzakirə olunub

BAKI, TurkicWorld

Küveyt Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi "X" səhifəsində məlumat paylaşıb.

Məlumata əsasən, görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb.

Müzakirələr zamanı Mikayıl Cabbarov iqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Mövzuya görə xəbərlər