Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Türkiyədə Türkmənistan şirkətlərinin məcmu kapitalı keçən ilə nəzərən artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 26 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Türkmənistan şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 6 milyon 967 min 500 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 6 milyon 310 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (26) qeydiyyata alınıb.

“İstanbulnda qeydiyatdan keçən Türkmənistan şirkətlərinin ümumu kapitalı 6 milyon 967 min 500 türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 13 topdan və pərakəndə şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.