Türkiyə Qazaxıstana kimyəvi maddə ixracatını 60 faizdən çox artırıb

Türkiyə Qazaxıstana kimyəvi maddə ixracatını 60 faizdən çox artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında Qazaxıstana kimyəvi maddə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz artaraq 65,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qazaxıstana kimyəvi maddə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 52,1 faiz artıraraq 15,3 milyon dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-may aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz artaraq 13,6 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 2,8 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 30,7 faiz çoxdur.

Son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.