Son dəqiqə

Çin Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Çinə hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Çinə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz azalaraq, 2 milyon 677 min 6 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Çinə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 28 milyon 366 min 45 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 525 milyon 708 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 125 milyon 661 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər