Son dəqiqə

Azərbaycan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu Turizm təzyiqi Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə

Türkiyəyə səfər edən Azərbaycan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Azərbaycandan Türkiyəyə 86 min 475 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 3,17 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,50 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 403 min 486 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,48 faiz azdır.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 0,01 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Mövzuya görə xəbərlər