Son dəqiqə

Çin Türkiyə Ticarət nazirliyi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyədən Çinə kimyəvi maddə ixracı 276 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Çinə kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 38 milyon 728 min 56 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Çinə kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq, 276 milyon 348 min 5 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 15 milyard 763 milyon 886 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2 milyard 615 milyon 754 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 30 milyard 711 min 572 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər