Son dəqiqə

əmlak bazarı Qazaxıstan Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı Mənzil bazarı mənzil satışı 2024 və 2025-ci illərin mənzil bazarı müqayisəsi Türkiyədə əmlak bazarının xarici investorlar üçün cazibədarlığı Xarici vətəndaşların Türkiyədə mənzil alışı Daşınmaz əmlak və investisiya fürsətləri Daşınmaz əmlak yatırımları daşınmaz əmlak bazarı

Qazaxıstanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin yanvar-may aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 244 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 158 obyekt azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Qazaxıstan vətəndaşları Türkiyədə 66 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 29 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin may ayında Türkiyədə 130 min 25 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 17,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında Türkiyədə 584 min 170 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin may ayında Türkiyədə xarici vətəndaşlara min 771 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azdır.

Eyni ilin yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 7 min 789 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azdır.

Mövzuya görə xəbərlər