Son dəqiqə

Qazaxıstan Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı

May ayında Türkiyədən Qazaxıstana avtomobil ixracı 10 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında Qazaxıstana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3 faiz azalaraq, 10 milyon 116 min 6 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Qazaxıstana avtomobil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 43 milyon 897 min 49 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 16 milyard 581 milyon 811 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 3 milyard 947 milyon 720 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,9 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 38 milyard 704 milyon 62 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər