Son dəqiqə

Azərbaycan Pakistan aviareyslər

Pakistan Beynəlxalq Hava Yolları bu aydan Bakıya birbaşa uçuşları bərpa edir

Bakı. TurkicWorld:

Pakistan Beynəlxalq Hava Yolları bu ayın sonundan etibarən Bakıya birbaşa uçuşları bərpa etməyi planlaşdırır.

TurkicWorld-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Bakıda Pakistanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

"Ötən il Pakistandan Azərbaycana 81 mindən çox turist gəlib. Ümid edirik ki, Pakistan Beynəlxalq Hava Yollarının bu aydan etibarən Bakıya birbaşa reyslərinin bərpası ilə biz bu il 100 min turist sərhədini keçə biləcəyik".

Diplomatın sözlərinə görə, Pakistanla Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır və siyasi, mədəni və iqtisadi sahələri əhatə edir.

O, son illərdə çoxsaylı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirildiyini və bunun iki ölkə arasında qardaşlıq əlaqələrini nümayiş etdirdiyini bildirib.

"Bu əlaqələrin ən möhkəm təməli hər bir pakistanlının Azərbaycana bəslədiyi səmimi sevgi və hörmətdir. Pakistan və Azərbaycan arasında möhkəm dostluq qarşılıqlı sevgi və hörmətə əsaslanan həmrəylik və əməkdaşlığın parlaq nümunəsidir", - Qasım Mohiuddin əlavə edib.

Mövzuya görə xəbərlər