Azərbaycan Mikayıl Cabbarov Pakistan

Azərbaycanla Pakistan arasında yeni investisiya layihələrinin icrası müzakirə edilib

Bakı. TurkicWorld:

İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Pakistana səfərimiz çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşmək xoş oldu. Ölkələrimizin biznes tərəfdaşlığının şaxələndirilməsi, işgüzar dairələr arasında işbirliyinin dəstəklənməsi, enerji, infrastruktur, mədənçilik və digər sahələrdə yeni investisiya layihələrinin icrası, həmçinin sərmayələrin artırılması imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər