Son dəqiqə

Qazaxıstan TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi

Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin fevrral ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 2 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 3 milyon 985 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 3 milyon 750 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Məlumata əsasən, 2025-cü ilin fevral ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 1 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər