Son dəqiqə

TAP Bolqarıstan Yunanıstan qaz ixracı

TAP konsorsiumu 2025-ci ilin fevral ayı üzrə qaz tədarükü həcmini açıqlayıb

Bakı, TurkicWorld

2025-ci ilin fevral ayında Trans-Adriatik Qaz Kəməri (TAP) 0,81 milyard kubmetr qaz nəql edib.

Bu barədə TAP AG-dən TurkicWorldin sorğusuna gələn cavabda deyilir.

"Fevralda (martın 1-ə olan məlumata görə) biz 0,81 milyard kubmetr qaz tədarük etmişik ki, bundan 0,1 milyard kubmetri Yunanıstana, 0,06 milyard kubmetri Bolqarıstana və 0,65 milyard kubmetri İtaliyaya nəql olunub", - deyə konsorsiumdan bildiriblər.

Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanın cənubuna qədər təbii qazın nəqlini təmin edərək, maraqlı tərəflərə Avropanın müxtəlif ölkələrinə qaz tədarükü imkanı yaradır.

TAP Cənub Qaz Dəhlizi çərçivəsində Xəzər dənizindən Avropaya uzanan 3500 kilometrlik qaz marşrutu boyunca birbaşa və iqtisadi cəhətdən səmərəli nəql yolunu təklif edir.

Mövzuya görə xəbərlər