Son dəqiqə

Yunanıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi dəri məhsulları Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Yunanıstana dəri ixracı 22 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Yunanıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq, 22 milyon 198 min 70 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Yunanıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq,1 milyon 341 min 84 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 1 milyard 344 milyon 995 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 100 milyon 445 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 1 milyard 454 milyon 983 min dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər