Son dəqiqə

Türkiyə Ticarət nazirliyi xalça Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası

Türkiyədən Azərbaycana xalça ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 524 min 83 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq, 983 min 84 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına xalça ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 457 min 97 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 227 min 819 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 12,5 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 2 milyon dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər