Qafqaz Albaniyası turizm marşrutu üzrə hansı işlər görülür? - AÇIQLAMA

Qafqaz Albaniyası turizm marşrutu üzrə hansı işlər görülür? - AÇIQLAMA

Qafqaz Albaniyası turizm marşrutu üzrə mühüm turistik obyektlərin toplanılması, turistik pasportun yaradılması istiqamətlərində işlər aparılır.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildiriblər.

Qeyd edilib ki, bu işlər çərçivəsində Qarabağda mövcud alban irsinin araşdırılması da həyata keçirilir:

"Hazırda Qafqaz Albaniyası turizm marşrutu üzrə mühüm turistik obyektlərin toplanılması, turistik pasportun yaradılması, bələdçi hazırlığı, Qarabağda mövcud olan alban irsinin araşdırılması və turizm üçün istifadəsi, eləcə də müxtəlif turistik koridorlar üzrə bu məzmunda turistik marşrutların yaradılması istiqamətlərində işlər davam etdirilməkdədir".

Qeyd edək ki, Qafqaz Albaniyası turizm marşrutu Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutunun Azərbaycanın 3 əsas dəhlizini - Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edəcək.