Almaniya “Şimal Axını-2”nin sertifikatlaşdırılmasını dayandırdı

Almaniya “Şimal Axını-2”nin sertifikatlaşdırılmasını dayandırdı

Almaniya Rusiyanın “Şimal Axını-2” qaz kəmərinin istismara buraxılmaq məqsədi daşıyan sertifikatlaşdırılmasının dayandırıldığını elan edib.

TurkicWorld bildirir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts məlumat verib. Onun sözlərinə görə, artıq ölkənin İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilib.

Almaniya kansleri, həmçinin bildirib ki, Rusiyanın qondarma DXR, LXR-i tanıması cavabsız qalmayacaq:

“Bu addıma qarşı reaksiyalar məqsədyönlü və koordinasiyalı olacaq. Rusiyanın bu hərəkəti beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud pozuntusudur”.

Qeyd edək ki, “Şimal Axını-2” Rusiyanın Ukraynadan kənar ərazilərlə Avropaya çəkdiyi qaz kəməridir. Kəmərin çəkilişi ümumilikdə 10 milyard avroya başa gəlib. Bu vəsaitin, demək olar ki, hamısını “Qazprom” xərcləyib, yaxud Avropa şirkətlərindən borc alıb.