Bakı,TurkicWorld
Əhalinin ən həssas təbəqələri ekstremal iqlim hadisələri ilə üz-üzə qalır.
TurkicWorld xəbər verir ki, bu fikri BMT-nin baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
Quterreş əhəmiyyətli maliyyə çatışmazlığına işarə edərək, 2030-cu ilə qədər adaptasiya ehtiyacları ilə mövcud maliyyə arasındakı fərqin ildə 359 milyard dollara çata biləcəyini vurğulayıb.
"Bu itən milyardlar sadəcə balansdakı rəqəmlər deyil: onlar itirilmiş həyatlar, itirilmiş məhsullar və gecikmiş inkişafdır", - o bildirib.
Xəbər yenilənəcək