Bakı, TurkicWorld
Bu ilin oktyabrın 1-i tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 085 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, 93 386 fərdi sahibkar fəaliyyət göstərib.
Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, mikrosahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 3 875 (ümumi saya görə 2,2%), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 851 (ümumi saya görə 0,5%) olub.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib.
Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 86 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub.
Oktyabrın 1-nə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib.