Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb

Azərbaycanda ən çox pambıq yığımı olan rayonlar açıqlanıb

Azərbaycanda aidiyyatı dövlət qrumlarının və fermerlərin əməyi sayəsində pambıq sahələrinin hər hektarından orta hesabla 28,5 sentiner məhsul yığılıb.

TurkicWorld-un məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, məhsuldarlıq əvvəlki illərə nisbətən az olsa da, yüksək məhsuldarlıq göstəricisini qoruyub saxlayan və artıran rayonlar da olub.

"Ağcabədi, Neftçala, Yevlax, Tərtər 30 sentinerdən çox olub. Salyan rayonunda isə orta məhsuldarlıq 36,9 sentiner təşkil edib", - deyə o qeyd edib.