Son dəqiqə

Gürcüstan Türkiyə Ticarət nazirliyi

Türkiyənin Gürcüstana tekstil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Gürcüstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq, 91 milyon 598 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 15 milyon 647 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 57 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 6 milyon 216 min 164 dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 799 min 686 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 9 milyon 490 min 98 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər