Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Qırğızıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz artaraq 57,4 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Qırğızıstana 7 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 29 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 20 milyard 998 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 579 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 31 milyard 996 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.