Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyənin Pakistana kimyəvi məhsul ixracı artıb (ÖZƏL)

Bakı,TurkicWorld

Türkiyə 2024-cü ilin yanvar-avqust aylarında Pakistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 55,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin avqust ayında Türkiyənin Pakistana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 20,7 faiz azalaraq, 7 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq, 20 milyard 998 milyon dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 2 milyard 579 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 31 milyard 996 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Mövzuya görə xəbərlər