Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi

Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq, 30 milyon 446 min 53 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə Azərbaycana 5 milyon 305 min 17 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 6 milyon 216 min 164 dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 799 min 686 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 9 milyon 490 min 98 dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər