Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Pakistana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz artaraq, 10 milyon 328 min 65 dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Pakistana 1 milyon 325 min 78 dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 2,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-avqust aylarında avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 23 milyard 530 milyon dolları ötüb.
“2024-cü ilin avqust ayında Türkiyənin dünya bazarlarına avtomobil sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalaraq, 2 milyard 715 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 35 milyard 764 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac ed