Bakı, TurkicWorld
Bu ilin yanvar-avqust ayında Türkiyə limanlarından 23 milyon 326 min 149 ton xam neft daşınıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazilikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 943 min 964 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 21 milyon 382 min 185 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
“Bu ilin avqust ayında Türkiyə limanlarından tranzit olaraq 17 milyon 751 min 907 ton xam neft daşınıb”- deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.
“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.