Son dəqiqə

Serbiya Aleksandr Vuçiç COP29

Serbiya prezidenti Muxtar Babayevlə COP29 konfransına hazırlığı müzakirə edib

Bakı, TurkicWorld

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Serbiya prezidenti rəsmi sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, görüş zamanı iki ölkə üçün vacib olan mövzular müzakirə olunub.

"Noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına hazırlıq işlərinə xüsusi nəzər saldıq. Serbiyanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfə verəcək dayanıqlı inkişafa və ekoloji təşəbbüslərə öhdəliyini vurğuladım və COP29-un əsas diqqət mərkəzində olan enerji keçidinin maliyyələşdirilməsinin, xüsusilə də ənənəvi olaraq fosil yanacaqdan asılı olan ölkələr üçün vacib olduğu barədə razılığa gəldik və qlobal iqlim hədəflərinə və davamlı inkişafa birgə töhfə vermək üçün sıx əməkdaşlıq və təcrübə mübadiləsinə hazır olduğunu bildirdik", - deyə A.Vuçiç əlavə edib.

Mövzuya görə xəbərlər