Son dəqiqə

Serbiya siyasət Aleksandar Vuçiç seçki kampaniyası Parlament

Serbiya Prezidenti bu ayın sonu istefa verəcəyini elan edib

BAKI,TurkicWorld

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın sonunda istefa verəcəyini açıqlayıb. O, növbədənkənar parlament seçkilərinə sıravi namizəd kimi hazırlaşacaq.

Bu barədə Vuçiç mətbuat konfransında bildirib.

"New Yorkdan qayıtdıqdan dərhal sonra, sentyabrın 25-i və ya 26-da istefa verəcəyəm və bundan sonra seçki kampaniyasına sıravi vətəndaş kimi qoşulacağam", - deyə o bildirib.

Vuçiç parlamentin buraxılması və parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi barədə sərəncamlar imzalayıb.

İyunun sonunda Vuçiç yaxın vaxtlarda istefa verəcəyini və dövlət başçısının növbədənkənar seçkilərini, həmçinin parlament seçkilərini təyin edəcəyini açıqlamışdı. Siyasətçi həmvətənlərinə dəstək və etimada görə təşəkkür edib və bildirib ki, bunlar olmasaydı, bu illər ərzində gördüyü işlərin heç birini həyata keçirə bilməzdi.

Mövzuya görə xəbərlər