Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin İstanbul Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz arataraq, 23 milyon 648 min 579 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanında daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 18 faiz artaraq, 11 milyon 340 min 842 nəfər, beynəlxalq reyslər üzrə isə 14 faiz artaraq 12 milyon 307 min 842 nəfər təşkil edib.
2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 240 min 551 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 70 min 706 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10,5 faiz artaraq, 169 min 845 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 8 faiz artaraq, 139 min 226 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz artaraq, 64 min 929, beynəlxalq reyslər üzrə isə 8,5 faiz artaraq 74 min 297 olub.
Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.