Bakı , TurkicWorld
İstanbulun Sabiha Gökçen hava limanında bu gün saat 13.00-a qədər planlaşdırılan uçuşların 10 faizi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Sabiha Gökçen Hava Limanının operatoru HEAŞ, sosyal medya hesabında açıqlama verib.
“11.07.2024-cü il tarixində Sabiha Gökçen Hava Limanında gözlənilən əlverişsiz hava şəraiti şərtlərilə əlaqədar Meteorolojik Acil Durum Komitəsi (MAKDOM) iclasında qərar qəbul edilib . MADKOM-da alınan qərara görə, saat 13:00-a qədər uçuşların 10 faizi ləğv ediləcək” – qeyd edən HEAŞ uçuşların internet saytından və ya çağrı mərkəzindən izlənməsini bildirib.