Bakı, TurkicWorld
Sabiha Gökçen hava limanında hava şəraiti uçuşlara mane olub.
TurkicWorld xəbər verir ki, bu barədə yerli mətbuat orqanları paylaım edib.
İstanbulun bəzi yerlərində yağan fasilələrlə yağan leysan səbəbindən Sabiha Gökçen hava limanına enmək istəyən iki təyyarə uçuş-enmə zolağından yan keçib və bəzi təyyarələr bir müddət havada dövrə vurmaq məcburiyyətində qalıb.
Yağış səngidikdən sonra hava limanında reyslərin hərəkəti normallaşıb.
Qeyd edilib ki, hava limanından qalxan təyyarələrdə heç bir problem yaşanmayıb.
Hafiz Rufizoğlu