Bakı. TurkicWorld:
İstanbulda səhər saatlarından etibarən təsirli olan duman səbəbiylə Türkiyənin Sabiha Gökçen Hava Limanında dayandırılan uçuşlar bərpa edilib.
TurkicWorld-un, Türkiyənin Hava Limanları İdarəetmə və Aviasiya Sənayesi A.Ş.-a (HEAŞ) istinadən verdiyi məlumata görə, bugün səhər tezdən başlayan duman səbəbiylə hava limanında 1 saat 17 dəqiqə eniş etmək mümkün olmayıb.
Bu müddət ərzində təyyarələr havada dövrə vurmalı olublar. Eniş edə bilməyən 12 təyyarə İstanbul, Ankara Esenboğa, İzmir Adnan Menderes, Bursa Yenişehir və Çorlu hava limanlarına istiqamətləndirilib.
Qeyd edək ki, dünən də hava limanında duman reyslərin hərəkətinə mənfi təsir göstərib. Eniş edə bilməyən bəzi təyyarələr İstanbul hava limanına və Ankara Esenboğa hava limanına yönəldilib.
Duman səbəbiylə Sabiha Gökçen Hava Limanı Meteoroloji Təcili Yardım Komitəsi (MADKOM) dünən aldığı qərarla bu gün saat 13.00-a qədər uçuşların yüzdə 10-unu ləğv edib.