Son dəqiqə

Sabiha Gökçen Havalimanı

Sabiha Gökçen hava limanında sərnişindaşıma 27 milyon nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin avqust ayında Türkiyənin İstanbul Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 27 milyon 516 min 925 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 15 faiz artaraq, 13 milyon 172 min 953 nəfər, beynəlxalq reyslər üzrə isə 13 faiz artaraq 14 milyon 343 min 972 nəfər təşkil edib.

2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 282 min 252 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 83 min 327 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9,2 faiz artaraq, 198 min 925 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 7 faiz artaraq, 160 min 694 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 74 min 703, beynəlxalq reyslər üzrə isə 7,8 faiz artaraq 85 min 991 olub.

Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Mövzuya görə xəbərlər