Son dəqiqə

İstanbul Sabiha Gökçen Havalimanı

Ankaraya enməyə məcbur olan təyyarə İstanbula yola düşdü

Bakı. TurkicWorld:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.

xxx

11:26

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Mövzuya görə xəbərlər