Son dəqiqə

Türkiyə İstanbul

İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Bakı,TurkicWorld

İstanbul Boğazında tankerin nasazlığı səbəbindən gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Sükanında nasazlıq yaranan 114 metr uzunluğunda “NAZAN” adlı tanker üçün Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus Xilasetmə-7 və Xilasetmə-9 yedək gəmiləri hadisə yerinə cəlb olunub.

Verilən məlumata görə, tankerin Ahırkapı Dəmir Bölgəsində lövbər saldıqdan sonra gecə saatlarından etibarən şimal-cənub istiqamətində gəmi hərəkəti açılıb.

Mövzuya görə xəbərlər