Son dəqiqə

Türkiyə Ticarət nazirliyi kimyəvi maddə

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı artıb (ÖZƏL)

Bakı. TurkicWorld

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 300,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Azərbaycana 48,8 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 24,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 18 milyard 420 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,4 faiz artaraq, 2 milyard 596 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 32 milyard 88 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər