Son dəqiqə

COP29 COP28 Sultan Əhməd Əl-Cabir

COP28 prezidenti iqlim problemlərini həll etmək üçün dünyada maliyyələşdirmə sistemində islahatlara çağırıb

Bakı, TurkicWorld

COP28 prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iqlim maliyyələşdirməsini daha əlçatan etmək üçün beynəlxalq maliyyə sistemində islahatlar aparmağa çağırıb.

TurkicWorld bu barədə Əl-Cabirin Çinin Uhan şəhərində İqlim Fəaliyyəti üzrə Nazirlərin (MoCA) 8-ci iclasında çıxışına istinadən xəbər verir.

"Dünya ölkələrinin iqtisadiyyatlarının bütün sektorlarının iqlim dəyişikliyinə qarşı dayanıqlılığının əhəmiyyətini qəbul edərək bunu əsas əsas prinsip olaraq görəsi vacibdir. İqlim maliyyələşdirməsini daha əlçatan etmək üçün beynəlxalq maliyyə sistemində islahatlar aparmaq lazımdır. Özəl sektor tərəfindən investisiyalar təşviq edilməlidir", - COP28 prezidenti deyib.

Onun sözlərinə görə, "COP Troikası" (BƏƏ, Azərbaycan və Braziliya) iqlim dəyişikliyi ilə mübarizədə stimulun dəstəklənməsində əsas rol oynamaq məqsədi daşıyır.

"Bütün ölkələri COP29-da öz Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini (NDC) təqdim etməyə çağırırıq. Bu öhdəliklər praktik planlara çevrilməlidir. Planlar hərtərəfli və balanslaşdırılmış olmalı və iqlim dəyişmələrinin təsirlərini azaltmağa yönəldilməlidir", - deyə Sultan Əhməd Əl-Cabir əlavə edib.

Qeyd edək ki, COP29 11-22 noyabr tarixlərində Bakıda, COP30 isə 2025-ci ilin sonunda Braziliyada keçiriləcək.

Mövzuya görə xəbərlər