Son dəqiqə

Rusiya Türkiyə limanları

Rusiyadan Türk limanlarına 47 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Rusiyadan Türk limanlarına 46 milyon 663 min 31 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 1 milyon 761 min 112 ton yük daşıyıb.

“Bu ilin yanvar-iyun aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 39 milyon 685 min 202 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Türkiyəyə Rusiya bayrağı ilə üzən gəmilərlə Rusiyadan 5 milyon 216 min 717 ton yük çatdırılıb.

2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Rusiyadan 1 milyon 826 min 665 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Türkiyə limanları 32 milyon 186 min 365 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 493 min 685 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 692 min 680 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 933 min 804 ton transit yük daşınıb.

banner

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 204 milyon 84 min 621 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 876 min 762 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 189 milyon 207 min 859 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 397 min 348 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 543 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 517, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 26 olub.

2024-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 29 min 315 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 19 min 790, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 525 olub.

Mövzuya görə xəbərlər