Bakı, TurkicWorld
Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiyalar üzrə dövlət katibi Ed Milibend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
TurkicWorld bu barədə "The Guardian"a istinadən xəbər verir.
"Ed Milibend COP29 iqlim sammitində iştirak etmək üçün noyabrda Azərbaycana gələcək. O, iqlim üzrə mühüm beynəlxalq danışıqlarda Böyük Britaniyanın nümayəndə heyətinə rəhbərlik edəcək və bütün dünyadan siyasi liderlərlə görüşəcək", - nəşr yazır.
Nəşrin məlumatına görə, Bakıda keçiriləcək sammitin gündəliyinin əsas bəndi istixana qazlarının emissiyasını azaltmaqda və ekstremal təbii şəraitin nəticələrinin öhdəsindən gəlməkdə inkişaf etməkdə olan ölkələrə kömək göstərmək məqsədilə onlar üçün iqlim maliyyələşdirməsi olacaq.
"Ed Milibdendin COP və bu çoxtərəfli danışıqlarla əlaqədar bütün məsələlər üzrəə təsdiqlənmiş iş təcrübəsi var", - deyə "The Guardian" BMT-nin iqlim dəyişmələri üzrə Komissiyasının keçmiş icraçı katibi ("Global Optimism" analitik mərkəzinin hazırkı təsisçi tərəfdaşı) Kristian Fiqeresdən sitat gətirir.
Milibend 2008-2010-cu illər ərzində Böyük Britaniyanın energetika və iqlim dəyişmələri naziri vəzifəsində çalışıb. O, 2024-cü il iyulun 5-dən Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiyalar üzrə dövlət katibi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, COP29 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək.