Son dəqiqə

COP29

AQTA COP29 ərəfəsində 350 otelin qidalanma blokunda yoxlama aparıb

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi COP29-a hazırlıqlarla bağlı gördüyü işləri açıqlayıb.

AQTA-dan TurkicWorld -in sorğusuna cavab olaraq bildirilib ki, tədbirlər çərçivəsində Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 otelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib.

Qiymətləndirmə aparılan bir sıra otellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib:

"Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 otelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir.

Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 otelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Otellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrasi məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.

Əlavə olaraq, 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib".

Mövzuya görə xəbərlər