Son dəqiqə

Türkiyə ABŞ polad

ABŞ Türkiyədən 380 milyon dollardan çox polad idxal edib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin ABŞ-a polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 faiz artaraq, 380,3 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə ABŞ-a 70,9 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 66,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 7,9 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 15,6 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər