Son dəqiqə

COP29 ESG

Azərbaycanda "ESG" siyasətindən istifadə təşviq olunur

Bakı, TurkicWorld

Bu il Azərbaycan hökuməti ekoloji, sosial və idarəetmə (ESG) siyasətinə əməl edən şirkətlərə güzəştlər etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG) sammitində çıxışında deyib.

O, vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ESG elementlərinin tətbiqinin Azərbaycan iqtisadiyyatında çox vacibdir.

"Ölkədə "ESG"nin tətbiqində tərəflərin fəal iştirakı üçün şərait yaradılır. "ESG" elementlərinin təşviqi nöqteyi-nəzərindən biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın əsas prioritet məqsədlərindəndir", - deyə Şıxəliyev əlavə edib.

Mövzuya görə xəbərlər