Son dəqiqə

Türkiyə Avropa İttifaqı Türkiyə Ticarət nazirliyi

May ayında Türkiyənin Aİ-na üzv olan ölkələrə ixracı 10 milyarda çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin may ayında Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq 9,9 milyard dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar - may ayında, Türkiyənin Aİ üzvü ölkələrə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 4,1 faiz artaraq, 44,9 milyard dollar olub.

“Bu ilin may ayında Türkiyənin Avropa İttifaqına üzv olan ölkələrdən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 10, 2 milyard dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - may aylarında Türkiyənin Avropa İttifaqına üzv olan ölkələrdən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 5,9 faiz artaraq 46,7 milyard dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 228 milyon dollara çatıb.

2024-cü ilin may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 11,3 faiz artaraq 24 milyard 66 milyon dollar, idxalı isə 10,4 faiz azalaraq 30 milyard 568 milyon dollar olub.

Bu ilin yanvar-may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 250 milyard 599 milyon dollara çatıb.

2024-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 106 milyard 877 milyon dollara, idxalı isə 9,2 faiz azalaraq 143 milyard 682 milyon dollara çatıb.

Mövzuya görə xəbərlər