Son dəqiqə

BMT ÜST Tedros Adanom Gebreyesus COP29

ÜST rəhbəri COP29-un gündəliyindəki səhiyyə məsələlərindən danışıb

Bakı.TurkicWorld :

Çox şadam ki, səhiyyə mövzusu COP29-un gündəliyində mühüm yer tutacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Hebreyesus özünü "X" səhifəsində yazıb.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) məsləhətçi qrupunun müşavirəsinə qoşuldum və onlardan COP29-un iqlim gündəliyi çərçivəsində səhiyyə maraqlarını müdafiə etməkdə mənə dəstək olmalarını xahiş etdim, bütün ölkələri iqlim dəyişmələrinə qarşı daha dayanıqlı səhiyyə sistemlərinin qurulması üçün ÜST ittifaqı ilə əməkdaşlıq etməyə çağırdım", - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Mövzuya görə xəbərlər