Son dəqiqə

Türkiyə Çin Türkiyə Ticarət nazirliyi hazır geyim

Türkiyənin Çin-ə hazır geyim ixracı 23,7 milyon dollar olub (ÖZƏL)

Bakı. TurkicWorld :

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Çin-ə hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 23,7 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Çin-ə 4,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 14,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz azalaraq, 7,4 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 0,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023-may 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər